Bu gün ADA Universitetinin əməkdaşları "Naxçıvan" Universitetində olub
"Naxçıvan" Universitetinin qonağı olan ADA Universitetinin əməkdaşları - Sahil Quliyev, Səidə Əliyeva, Aytəkin Hüseynova və Matteo Vituari ilə görüş keçirilib. Görüşün əsas məqsədi ADA Universitetinin qəbul planına salınmış yeni fakültə olan Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin təbliği ilə əlaqədardır. Həmin fakültənin gələcək perspektivləri və respublikamız üçün faydalılıq əhəmiyyətini nəzərə alan Aytəkin Hüseynova sözügedən fakültə ilə bağlı ətraflı məlumat verib. Daha sonra proqramlardan söz açan Səidə Əliyeva bakalavr və magistratura səviyyəsində yüksək nəticələr göstəriləcəyindən əminlik ifadə edib. Fakültə dekanı Matteo Vituari tələbələrdən biri ilə xarici dildə müzakirə aparıb və Sahil Quliyev sertifikat proqramlarından bəhs edib. Sonda videolar təqdim olunub.
Görüş elmi şura otağında hər iki universitet əməkdaşları arasında bu fakültə ilə bağlı müzakirələrlə yekunlaşıb.