Xoş gəlmisiniz!
"Naxçıvan" Universiteti
"Naxçıvan" Universiteti 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatına alınaraq ali təhsil müəssisəsi kimi fəaliyyətə başlamışdır. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.
Universitetdə 16 ixtisas üzrə bakalavr, 7 ixtisas üzrə magistr hazırlığı aparılır.
Bakalavr dərəcəsiixtisasları
İxtisas kodu | İxtisas | İllik təhsil haqqı məbləği(əyani) | İllik təhsil haqqı məbləği(qiyabi) |
---|---|---|---|
050101 | Azərbaycan dili və ədəbiyyat müəllimliyi | 1600 | ---- |
050116 | Tarix müəllimliyi | 1600 | ---- |
050121 | Xarici dil müəllimliyi(İngilis dili) | 1700 | ---- |
050205 | Filologiya(Azərbaycan dili və ədəbiyyat) | 1600 | 1400 |
050214 | Tarix | 1600 | ---- |
050215 | Tərcümə(İngilis dili) | 1600 | ---- |
050402 | Biznesin idarə edilməsi | 1600 | 1400 |
050405 | İqtisadiyyat | 1600 | 1400 |
050406 | Maliyyə | 1600 | 1400 |
050407 | Marketinq | 1600 | 1400 |
050409 | Mühasibat | 1600 | 1400 |
050606 | Ekologiya mühəndisliyi | 1600 | 1400 |
050616 | İnformasiya texnologiyaları | 1600 | 1400 |
050620 | Komputer mühəndisliyi | 1600 | 1400 |
050807 | Sosial iş | 1600 | 1400 |
050810 | Turizm işinin təşkili | 1600 | 1400 |
Magistr dərəcəsiixtisasları
İxtisas kodu | İxtisas | İxtisaslaşma | İllik təhsil haqqı məbləği(əyani) |
---|---|---|---|
060101 | Azərbaycan dili və ədəbiyyat müəllimliyi | Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası | 1400 |
060103 | Xarici dil müəllimliyi(İngilis dili) | Xarici dilin tədrisi metodikası və metodologiyası | 1400 |
060111 | Tarix müəllimliyi | Tarix fənninin tədrisi metodikası və metodologiyası | 1400 |
060119 | Pedaqogika | Pedaqogika nəzəriyyəsi və tarixi | 1400 |
060403 | Maliyyə | Bank işi | 1400 |
060404 | İqtisadiyyat | İqtisadiyyatın tənzimlənməsi | 1400 |
İxtisas kodu | MBA (Master of Business Administration) | İxtisaslaşma |
---|---|---|
060409 | Biznesin idarə edilməsi | Biznesin idarə edilməsi və təşkili(ümumi təyinatlı) |
Bakalavriat və Magistratura dərəcəsi üçün universitetimizəqəbul prosesi
1
Qəbul imtahanı
DİM tərəfindən təşkil olunan "Ali təhsil müəssisələrinə qəbul imtahanı"ndan keçid balını toplamaq
2
İxtisas seçimi
Universitetimizdə tədris olunan, ixtisas qrupunuza və keçid balınıza uyğun olan ixtisası seçmek
3
Onlayn müraciət
Qebul prosesi başa çatdıqdan sonra portal.edu.az saytına daxil olaraq orada qeyd olunan məlumatları doldurmaq
4
Təhsil haqqı
Universitetimizə qeydiyyatdan keçdikdən sonra qəbul olduğunuz ixtisasa uyğun illik təhsil haqqı məbləğini ödəmək
- Bakalavr səviyyəsi üçün universitetimizə təqdim olunan sənədlər
- Magistratura səviyyəsi üçün universitetimizə təqdim olunan sənədlər
- Orta təhsil haqqında sənəd (Attestat)
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti
- İş nömrəsi və şifri
- Tibbi arayış (Forma 86)
- 4 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil
- Təhsil haqqının ödənilməsi haqqında qəbz (Naxçıvan Bank)
- Qovluq qaytanlı
- Hərbi biletin (çağırış vərəqi) surəti
- Ali təhsil haqqında dövlət sənədi(Diplom və əlavəsi)
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti
- İş nömrəsi və şifri
- Tibbi arayış(Forma 86)
- 4 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil
- Təhsil haqqının ödənilməsi haqqında qəbz (Naxçıvan Bank)
- Qovluq qaytanlı
Əcnəbi tələbələr üçün universitetimizəqəbul prosesi
“Naxçıvan” Universiteti, Nazirlər Kabinetinin qeydiyyatından keçmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin lisenziyasını almış və bütün dövlət universitetləri kimi tələbə qəbulu üzrə ümumi qaydalara əsasən fəaliyyət göstərir.
“Naxçıvan” Universitetinə qəbul üçün əcnəbi tələbələrin https://portal.edu.az/ keçidinə daxil olaraq online müraciət etməlidir. Əcnəbi tələbələrin müraciəti üçün lazım olan sənədlər:
- Attestat/diplom və qiymət cədvəli/transkript (Azərbaycan dilinə tərcümə apostil yüklənilir)
- Pasportun əsli (yüklənilir)
- Sağlamlıq haqqında arayış (HİV, HBC azərbaycan dilinə tərcümə)
- 3x4 ölçüsündə fotoşəkil (son 6 ayda çəkilmiş)
- Dil sertifikatı (varsa)
- Məhkumluq haqqında arayış (Tərcümə - Noter)
- Əsgərlik haqqında arayış (Tərcümə - Noter)
- Magistratura və Doktorantura namizədləri üçün CV
- Magistratura və Doktorantura namizədləri üçün niyyət məktubu
Xarici vətəndaşlar üçün:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, magistraturaya yalnız ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşmalara qəbul oluna bilərlər.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Naxçıvan” Universitetində təhsil alacağı dil ilə bağlı imtahan verirlər. “Naxçıvan” Universitetinə qəbul olan tələbə, təhsil alaçağı dil ilə bağlı müvafiq sertifikat təqdim etdikdə imtahandan azad olunur.
Əvvəlki təhsil pilləsində Azərbaycan dilində təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, “Naxçıvan” Universitetində dil imtahanı vermədən Azərbaycan dilində təhsilllərini davam etdirə bilərlər. Əgər dil sertifikatı yoxdursa tələbə 1 il və ya 6 ay təhsil alacağı dildən hazırlıq keçir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ
1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq hüquqi və fiziki şəxslərin birbaşa bağladıqları müqavilələr əsasında həyata keçirilir.
2. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı təhsilin xüsusiyyətlərinə uyğun olaraq ali təhsil müəssisələrinin və elmi təşkilatların tabe olduqları qurumlar tərəfindən müəyyən edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.
3. Xarici dövlətlərdə təhsil almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün ali təhsil haqqında diplomun notarial qaydada təsdiq edilmiş surəti və diplomun tanınması haqqında şəhadətnamə təqdim edilməlidir.
4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində «Azərbaycan dili» fənnindən əlavə doktorluq imtahanı verirlər.
5. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ali təhsil müəssisələrində və elmi təşkilatlarda doktoranturaya qəbulu və dissertant təhkim olunması, eyni zamanda təhsili bu Qaydalara və qüvvədə olan qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər daha ətraflı məlumatı “Naxçıvan” Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsindən əldə edə bilərlər.
Qeyd: İkili və Azərbaycan vətəndaşlığı olan əcnəbilərin sənədləri qəbul olunmayacaqdır.
Son müraciət tarixləri:
1.Müraciət - 20 avqusta qədər
2.Sənədlərin yoxlanılması - 20-30 avqust
3.Müsabiqə nəticələrinin elanı - 01 sentyabr
4.Qeydiyyat - 01-13 sentyabra
Əlaqə:
Əlaqə:
Əcnəbi tələbələr üçün illik təhsil haqqı məbləği
İxtisasın adı | İllik təhsil haqqı(manatla) |
---|---|
Tibb | 5400 |
İctimai səhiyyə | 5400 |
Stomatologiya | 5400 |
Əczaçılıq | 5400 |
Hüquqşünaslıq | 5400 |
Hərbi tibb | 2000 |
Baytarlıq | 3000 |
Memarlıq | 3000 |
Psixologiya | 3000 |
Musiqi sahələri üzrə | 3000 |
Digər ixtisaslar | 2000 |