Konfransda 3 məruzə dinlənildi, slaydlar nümaiş edildi. Konfransı giriş sözü ilə “Xarici dillər”kafedrasınını müdiri Anara Nəsirli açaraq konfransın mahiyyəti haqqında danışdı.
Əvvəlcə çıxış üçün söz kafedranın baş müəllimi Səbahət Şahməmmədovaya verildi. Səbahət Şahməmmədova “Dil sistemində qrammatikanın rolu: öyrətmə və öyrənmə problemləri” mövzusunda mərusə ilə çıxış edərək, maraqlı məqamlara toxundu, tarixi faktlar göstərdi. Daha sonra kafedranın baş müəllimi Nərmin Məmmədova “Qrammatikanın nəzəri və praktik tətbiqi” mövzusunda çıxış etdi, mövzu haqqında ətraflı məlumat verdi. Üçüncü məruzəçi – Könül Babayeva isə konfrans iştirakçılarına “ İngilis dilini mənimsəməkdə yenilikçilik prinsipi” haqqında məlumat verərək yeni təhsil sistemində yeniliklərdən danışdı, . Məruzələr dinləndikdən sonra Xarici dillər fakültəsinin dekanı Yasin Babazadə yekun söz söyləyərək öz əlavələrini etdi və hər üç məruzəçiyə maraqlı çıxış üçün təşəkkürünü bildirdi.
Sonda tələbələrin və konfrans iştirakçılarının sualları cavablandırırldı.