Nübar Təmiraz qızı Səfərli 1983-cü ildə Şəki şəhər Oxud kəndində anadan olub. 1990-cı ildə Oxud kənd orta məktəbin I sinfinə daxil olub. 2001-ci ildə həmin məktəbin məzunu olub. 2001-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsinə qəbul olub. 2005-ci ildə həmin institutun məzunu olub. 2007-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun “Pedaqogikanın nəzəriyyəsi və tarixi” üzrə magistraturaya qəbul olub. 2009-cu ildə fərqlənmə diplomu ilə “magistr” dərəcəsi alıb. “Real “ MMC-nin komputer kursunu, o cümlədən kurikulum kursunu bitirib.
2006-2007-ci illərdə “Alıbəyli-MMC”-də kadrlar üzrə mütəxəssis vəzifəsində işləyib. 2009-cu ildə Şərur rayon Mahmudkənd tam orta məktəbində müəllim kimi fəaliyyət göstərib. Hazırda “Naxçıvan” Universitetinin kitabxanasında biblioqraf, o cümlədən “Pedaqogika-psixologiya” kafedrasında 0.5 ştat müəllim vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.
Çap olunmuş elmi məqalələrin siyahısı
1. “Ailədə valideyn nümununəsi və valideyn nüfuzu”.-Təhsil və zaman qəzeti-№10-11( səh.13); 19 iyun 2015-ci il.
Təhsil problemləri qəzeti-№43-44 (səh. 15); 08-15 iyun 2015-ci il
2. “Müasir dövrdə uşaqların fiziki tərbiyəsi”.- Təhsil problemləri qəzeti-№51-52 (səh. 12); 08-15 iyul 2015-ci il
Təhsil və zaman qəzeti-№13-14( səh.5); 30 iyul 2015-ci il.
3. "Uşaqlarda estetik təfəkkürün tərbiyə olunması" Təhsil Problemləri qəzeti №29-30. 2016.